Nazirlər Kabineti "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" 2013-cü il 2 dekabr tarixli qərarında dəyişiklik edib.
Fevralın 6-da verilən qərara əsasən, aksiz vergi dərəcəsi Aİ-95 avtomobil benzini üzrə 2,5 dəfə, Aİ-92 və Aİ-80 avtomobil benzinləri üzrə 2 dəfə, dizel yanacağı - 3,2 dəfə, reaktiv mühərrik yanacağı - 7,6 dəfə, nafta - 5,4 dəfə, maye qaz - 3 dəfə, mühərrik yanacağı (DT-36) - 7 dəfə, mühərrik yanacağı (DT-20) - 5,2 dəfə, soba mazutu - 49 dəfə, bitum (BN-60/90, BNB-60/70) üzrə isə 16,4 dəfə azaldılıb.
Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, dəyişikliyə əsasən, "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarının 1-ci hissəsinin cədvəli aşağıdakı redaksiyada verilir:
№ Neft məhsulları Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dən) Aksiz vergi dərəcəsi faizlə (2014-cü il yanvarın 1-dək)
1. Avtomobil benzini Aİ-95 64,0 159
2. Avtomobil benzini Aİ-92 65,0 134
3. Avtomobil benzini Aİ-80 66,0 134
4. Dizel yanacağı 18,0 57
5. Reaktiv mühərrik yanacağı 9,0 68
6. Nafta (ilkin emal benzini) 13,0 70
7. Maye qaz 22,0 69
8. Mühərrik yanacağı (DT-36) 24,0 170
9. Mühərrik yanacağı (DT-20) 31,0 160
10. Soba mazutu 3,0 147
11. Bitum ( BN-60/90, BNB-60/70) 11,0 180
12. Bitum (MQO) 34,00 34,00
13. Bitum (BNV, BNB- 70/30, BNB-85/25) 31,00 31,00
14. Ağ neft (KO-20) 32,00 32,00
15. Qaz benzini 37,00 37,00
16. Mühərrik yağı (M-12VB, M-14V2) 52,00 52,00
17. Sənaye yağları (İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V) 72,00 72,00
18. Turbin yağları (T-22, T-30, T-46) 39,00 39,00
19. Transformator yağı (T-1500) 54,00 54,00
20. Digər yağlar (AK-15, S-11, XM-6, K-12, K-19, VM-4) 56,00 56,00
21. Koks (KT-A) 19,00 19,00
22. Koks (KT-T) 19,00 19,00
23. Koks (KT-Q) 18,00 18,00
Rəy yaz