Фото из открытых источников

Фото из открытых источников

Manat kütləsinin azlığı cəmiyyətdə yüngül şok yaradıb. Bu yaxınlaradək ölkədə dollar tapmaq olmurdu. Manat qiymətdən düşdüyü üçün insanlar bahalı ABŞ valyutası alırdı. Deputat Ziyad Səmədzadənin bəyanatı isə çox qəribədir. Milli Məclisin komitə sədri manat kütəsinin az olduğunu bəyan edib: “Ölkədə pul kütləsi qıtlığı yaranıb və bu, bizi narahat edir. Monitorinqlər keçirməli, bankları sağlamlaşdırmalıyıq. Pul qıtlığı ilə bağlı çox müraciətlər edilir. Bu, ciddi problemdir və onu müzakirə etməliyik. Pul qıtlığı həll edilməsə, iqtisadi aktivlik artmayacaq”, - deyə Z.Səmədzadə bildirib.

“Manat qıtlığı AMB-nin siyasətinin nəticəsidir”, - deyə iqtisadçı Natiq Cəfərli Turan-a bildirib. “Yanvarın sonundan Mərkəzi Bank dövriyyədəki manat küləsini yığmağa çalışır. Bunun üçün hər həftə hərrac keçirir və manatı təxminən 14%-lə alır. Büdcə xərclərinin strukturuna baxsaq, görərik ki, büdcə xərcləri üçün nəzərdə tutulan vəsaitlər dövriyyəyə tam daxil olmayıb.

Azərbaycanda pis tendensiya var - büdcə xərcləri dördüncü rübdə kəskin artır. İlk aylarda büdcədən az vəsait xərclənir, ilin sonu üçün xərclənmə sürəti artır. AMB və Maliyyə Nazirliyi sərbəst manatı azaltmaqla dollara tələbatı azaltmaq istəyir. Amma nəticədə iqtisadi aktivlik də azalır.

Bu barədə hakimiyyəti dəfələrlə xəbərdar etmişik, yaxşı ki, deputatlar həyəcan təbili çalır. Manat kütəsinin azalması prosesi çox davam edə bilməz. Bir müddət sonra manat kütəsinin artması labüd olacaq, çünki iqtisadi aktivlik azalıb, son 2-3 ayda ixracat 17% azalıb. Bu, iqtisadi aktivliyin və alıcılıq qabiliyyətinin azalmasının nəticəsidir və iş yerlərinin və əhalinin gəlirlərinin azalmasına səbəb olur.

Hesab edirəm ki, bir müddət sonra hakimiyyət yenidən manat kütləsinin dövriyyəsini artıracaq və iqtisadi aktivliyi artırmağa çalışacaq. Ötən il olduğu kimi, ilin sonu üçün büdcə vəsaitlərinin xərclənməsi artacaq və manat dövriyyəsi də artacaq. Bununla da payızdan manatın məzənnəsi düşə bilər. Hakimiyyətin məzənnə siyasətində qırmızı xətt var. Aşağı hədd 1 dollar üçün 1,7 manatdır və bir neçə həftədir manatın məzənnəsi 1,725-dən aşağı düşmür. Üst hədd 1,92 götürülüb və yanvarda bunu gördük. AMB manatın məzənnəsini bu dəhlizdə tənzimləməyə çalışır. Amma ilin sonundan üst hədd 1,95-ə çata və manat ucuzlaşa bilər. İqtisadi aktivlik bu prosesi sürətləndirə bilər”. –0--

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti