Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmiryolu konsorsiumu yaradır
Qazaxıstan baş naziri Bakitjan Saqintaevin Tbilisiyə səfərinin əsas mövzusu Transxəzər marşrutunun yaradılması idi.
Gürcüstan hökumətinin nümayəndələri ilə danışıqlardan sonra Saqintaev jurnalistlərə bildirib ki, Gürcüstan, Qazaxıstan və Azərbaycanın dəmiryolu idarələri Çin limanlarından Batumiyə, oradan isə Türkiyə və Avropaya yük nəqli üçün konsorsium yaradılması haqqında razılıq əldə ediblər.
"Bu, hamı üçün çox sərfəli tranzit marşrutudur və biz hamımız belə bir konsorsiumun yaradılmasında ciddi şəkildə maraqlıyıq", deyə o bildirib.
Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili Qazaxıstan baş nazirini inandırıb ki, Qazaxıstanın Batumi limanına 142 mln. dollar ölçüsündə investisiyası qorunacaq. Kumsişvilinin sözlərinə görə, Qazaxıstan tərəfi Batumi limanını və neft terminalını tərk etməyəcəyinə, bundan başqa, bu obyektlərdə yeni investisiyalar həyata keçirməyi planlaşdırdığına zəmanət verib.
Xatırladaq ki, bir gün əvvəl Saqintaev Bakıda elə həmin mövzuda danışıqlar aparıb. Söhbət Çindən böyük həcmdə yüklərin Xəzər vasitəsilə Aktau limanından Bakıya, oradan isə Qara dənizdə Batumi limanına, daha sonra isə Avropa və Türkiyəyə göndərilməsi üçün dəmiryolu bərə keçidinin təşkilindən gedirdi. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz