Qəbələdə gömrük işində İKT mövzusunda konfrans keçiriləcək
Dövlət Gömrük Komitəsi gömrük işində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda 5-ci yubiley beynəlxalq elmi-praktiki konfrans keçirir.
Konfransda məqsəd e-Hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formaların müzakirəsi, gömrük işində və iqtisadiyyatın digər sahələrində İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılmasıdır.
Konfransın gedişində elektron xidmətlər göstərilməsinin təşkili, gömrük-biznes əməkdaşlığında İKT-nın rolu və s. diskussiya predmeti olacaq.
DGK elektron xidmətlərin geniş spektrini tətbiq edir. Amma xarici-iqtisadi fəaliyyətlə məşğul olanlar bildirir ki, gömrük korrupsiya vərdişlərindən əl çəkmir. 08B
-
- Siyasət
- 3 Aprel 2013 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz