Qeyri-neft-qaz sektoru vergi mədaxilinin 55%-i təmin edib
Bu ilin 5 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 121 milyon 703,4 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 7,2% çoxdur. Neft-qaz sektorundan fərqli olaraq, başqa sahələrdən könüllü vergi ödənişi səviyyəsi aşağıdır.
Amma vergi işçiləri qeyri-neft-qaz sektorundan mədaxili artıra bilib. Bu ilin ötən dövründə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə (dövlət rüsumu da daxil) 1 717,6 mln manat vergi ödənişi təmin edilib. Bu, ilin əvvəlindən daxil olanların vergilərin 55%-dir. Ötən illə müqayisədə vergi ödənişində qeyri-neft-qaz sektorunun payı 3,7% artıb.
«Kommersiya sirri haqqında» qanuna əsasən, ayrı-ayrı subyektlərin vergi ödənişi kommersiya sirri sayılır və açıqlana bilməz. 08D
-
- Dünyada
- 13 İyun 2014 14:47
-
- İqtisadiyyat
- 13 İyun 2014 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz