Qiymətli kağızlar bazarı ABB-nin hesabına artıb
2016-cı ilin 3 rübündə Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi 8 mlrd 287 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 2,6 dəfə çoxdur. Amma rəsmi məlumatların analizi göstərir ki, əsas oyunçular dövlət strukturları olmasaydı, bazarda bu qədər artım olmazdı.
Qiymətli kağızlar bazarının əsas generatoru Mərkəzi Bank olub: onun zəhərli aktivləri üzündən 2015-ci ilin II yarısından qiymətli kağızlar bazarı «canlanıb»: “Aqrarkredit” QSC Maliyyə Nazirliyinin zəmanəti ilə bir neçə milyard məbləğində istiqrazlar buraxıb, AMB onları illik 3%-lə alıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ilin 3 rübündə QK bazarları üzrə məlumatları açıqlayıb. Bu dövrdə səhmlər üzrə ümumi məbləği 700 mln manat olan (+40%) 2 min əqd bağlanılıb. Korporativ istiqrazların ilkin bazarı 23 əqdlə manat nominalında 7,5 mlrd, xarici valyutada 22 mln manat təşkil edib. İstiqrazların təkrar bazarı AİF-in istiqrazları olmadığı üçün 29 dəfə azalaraq 64 mln manat təşkil edib. 08D
-
- Cəmiyyət
- 2 Dekabr 2016 12:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz