Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılması avtomatlaşdırılacaq
Noyabrın 3-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) kollegiya iclasında qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılması prosesinn sadələşdirilməsi və avtomatlaşdırılması haqda qərar qəbul edilib. Bu istiqamətdə iş İqtisadiyyat və Sənaye Nazirliyi və ASAN xidmət ilə birgə həyata keçiriləcək. Bu barədə qurumun məlumatında deyilir.
2014-cü ildən qiymətli kağızlar bazarının peşəkar iştirakçılarında səyyar yoxlamalar dayandırılıb və hesabatlılıq elektron qaydada təqdim edilən sənədlər əsasında yoxlanılır.
Qeyd edək ki, qanunvericiliyə görə, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları öz fəaliyyətini yalnız pulla alınan xüsusi icazələr (lisenziya) əsasında həyata keçirə bilər. Liseniya 5 il müddətinə verilir. “Qiymətli kağızlar haqqında” qanunun qüvvəyə minməsilə 2016-cı ildən bu lisenziyalar müddətsiz olacaq.
QKDK-nın məlumatında bir çox hallarda investorların hüquqlarının pozulmasına səbəb olan qiymətli kağızlar emitentlərinin yoxlanması barədə danışılmır. Bu cür müraciətlərin əsasında 2015-ci ilin 9 ayında QKDK 122 səhmdar şirkəti ümumi məbləği 152,5 min həcmində inzibati cərimə edib.08D
-
- Siyasət
- 4 Noyabr 2015 22:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz