Reklam haqqında yeni qanun qəbul edilib
Mayın 15-də Milli Məclisin iclasında “Reklam haqqında” qanun üçüncü oxunuşda qəbul edilib.
Qanun layihəsinin müəllifi deputat Vahid Əhmədov qeyd edib ki, 1997-ci ildən mövcud olan qanunun yeni redaksiyası spirtli içkilərin reklamına görə tələblərin və sosial məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutur.
Qanuna görə, reklam yayan şirkətlər sosial reklama minimum 8% efir, reklam yeri, banner və s. ayırmalıdır. Bundan öncə minimal tələb 5% idi.
Həmçinin qanunda sosial reklamın yayımı üçün müvəqqəti çərçivə göstərilib: saat 09:00-dan 00:00-dək.
Televiziyada azart oyunların reklamı 23:00-dan 07:00-dək göstərilə bilər.
V.Əhmədovun sözlərinə görə, qanunda gizli reklam və reklam sponsoru anlamlarının açıqlaması verilib.-02D-
-
- İqtisadiyyat
- 15 May 2015 14:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz