Rusiya və Azərbaycan birgə nəqliyyat şirkəti yaradıb
Bakıda “AzRusTrans” ASC şirkətinin təqdimatı olub. Azərbaycan-Rusiya nəqliyyat şirkəti qarşısına iki ölkə, eləcə də Gürcüstan, İran, Türkiyə arasında dəmiryolu nəqliyyatı ilə yük daşımalarını artırmaq vəzifəsi qoyur. Oktyabrın 10-da tərəflər dəmiryolu nəqliyyatı xidmətinin inkişaf perspektivi, rəqabət qabiliyyətli logistika sistemi yaradılması perspektivini müzakirə ediblər. Yeni BM vaqon parkını birləşdirərək ilk vaxtlar taxıl və meşə materialları daşımaqla məşğul olacaq.
ADY-nin hesablamasına görə, yeni nəqliyyat şirkətinin hesabına Rusiya ilə Türkiyə arasında və ya Rusiya ilə İran arasında Azərbaycandan keçməklə dəmir yolu daşımalarının həcmi ikiqat arta bilər. Şirkət Rusiya və Qazaxıstan taxılını qonşu ölkələrə (Türkiyə, Gürcüstan, İran) daşıya bilər.
“AzRusTrans” QSC-nin təqdimatında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov, “Rusaqrotrans” QSC nin direktoru Yuri Kim və başqa rəsmilər iştirak edib.
“AzRusTrans” QSC-nin təsisçiləri (6 sentyabr 2016-cı ildə qeydiyyata alınıb) “Azərbaycan Dəmir Yolları” və “Rusaqrotrans” QSC-dir. Tərəflər şirkətin kapitalına 150 min manat qoyub. 08D
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 13:00
-
- Siyasət
- 11 Oktyabr 2016 13:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz