Rusiyadakı iqtisadi böhran Azərbaycandan yan keçməyəcək
Rusiyadakı iqtisadi böhran Azərbaycana da təsir edə bilər, çünki bu ölkədə 2,5 mln azərbaycanlı yaşayır. Bu isə ölkə əhalisinin 28%-dir. Bunun 600 mini müvəqqəti olaraq RF-də yaşayır. Rusiya Miqrasiya İdarəsinin məlumatına görə, Azərbaycan miqrantların sayına görə Özbəkistan, Ukrayna, Tacikistan və Qırğızıstandan sonra 5-ci yerdədir.
2008-ci ildə Rusiyada baş verən maliyyə böhranı göstərdi ki, iqtisadi vəziyyətin pisləşməsi bu ölkədən Azərbaycana pul köçürmələrini də azaldacaq. 2009-cu ildə Azərbaycana pul köçürülməsi 2008-ci illə müqayisədə 20% azalıb. Bu, miqranların çıxıb getməsi, yenilərin azalması ilə bağlı idi. 2009-cu ilin yanvarında Rusiyaya iş qüvvəsi axını 2008-ci ilin eyni dövrü ilə müqayisədə 10% azalıb. Peşəkar işçi olmayan miqrantların qayıtması Azərbaycanın əmək bazarında poblem yaradır. Bu gün rəsmən Azərbaycanda işsizlik 5%, qeyri-rəsmi məlumata görə, əmək qabiliyyətli əhalinin üçdə biridir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2014-cü ildə Azərbaycanda işsizlik 5,8%, 2018-ci ildə 6,2% olacaq.
Rusiya həm də Azərbaycanın ticari tərəfdaşıdır. 2009-cu ildə iki ölkə arasında əmtəə dövriyyəsi 7,1%, o cümlədən idxal 20% azalıb. Gömrük Komitəsinin məlumatına görə, Azərbaycana əsas ixracatçı Rusiyadır. 2013-cü ildə Rusiyadan idxal 1,5 mlrd dollar olub. İdxalda əsas məhsullar maşın-mexanizmlər, qara metallurgiyadır. Bunlar böhrana həssasdır və artıq oni hiss edirlər. Amma 2008-ci il böhranı ilə 2014-cü ilin fərqi odur ki, iqtisadi vəziyyətin pisləşməsi Rusiyanın izolyasiyası fonunda baş verir. Neftin ucuzlaşması, aktivlərin dondurulması bu ölkəyə ciddi təsir edə bilər. Artıq ölkənin ən iri maliyyə təşkilatı "Bank Rossii" valyuta əməliyyatlarından rubla keçib. Rusiyanın Avropa bazarında itkiləri Gömrük İttifaqının genişləndirilməsi, MDB bazarına ekspansiya ilə nəticələnə bilər. Rusiyanın Azərbaycana təsir rıçaqları isə yetərincədir. –15D--
-
- İqtisadiyyat
- 1 Aprel 2014 16:24
-
- Siyasət
- 1 Aprel 2014 17:25
İqtisadiyyat
-
Ötən il Azərbaycanın ixracı kəskin azalıb. 2024-cü ildə ölkənin ixracı 26 milyard 554 milyon 56 min, idxalı 21 milyard 58 milyon 44 min ABŞ dolları olub. Müsbət saldo 5 milyard 496 milyon 12 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir.
-
“Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırmaya əsaslanan yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə bildirib.
-
BP Plc 2025-ci ilin sonuna qədər Azəri-Çıraq-Günəşli (AÇQ) blokunun dərin qaz yataqlarından qaz hasilatına başlamağı planlaşdırır, BP-Azərbaycanın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə bildirib.
-
Azərbaycanın İRİA (İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi) və İsrailin Israel Aerospace Industries (IAI) şirkəti Anlaşma Memorandumu (MoU) imzalayıblar. Saziş iki ölkə arasında iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 345
Rəy yaz