Sabah Bakıda iki günlük Beynəlxalq Bank Konfransı keçiriləcək
15-16 noyabrda Bakıda MDB Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı və MDB İcra Komitəsinin dəstəyi ilə "MDB maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" adlı V Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək.
Konfransda milli və beynəlxalq institutlarının, regional birləşmələrin yeni şəraitində MDB ölkələrinin bank sistemlərinin inkişafı məsələlərinin, həmçinin başqa əhəmiyyətli məsələlərin müzakirəsini nəzərdə tutulur.
Plenar iclaslarda dünya iqtisadiyyatının davam edən böhranı şəraitində MDB-nin maliyyə bazarlarının sabitliyinin artımı, MDB-nin Azad ticarət zonası haqqında müqavilənin qəbulunu nəzərə alaraq qarşılıqlı təsirin yeni imkanları, alternativ maliyyə məhsullarının və perspektivli texnologiyaların tətbiqi, MDB ərazisində islam bankçılığının inkişafı, Birlik ölkələrinin inkişaf proqramlarının həyata keçirilməsi üçün əhalinin vəsaitlərinin cəlb edilməsi imkanları kimi məsələlər müzakirə ediləcək.
Qarşıdan gələn konfransın işində MDB iştirakçısı olan dövlətlərin hökumət və nazirliklərinin nümayəndələri, beynəlxalq inkişaf institutları, həmçinin Birliyin milli və Asiyanın və Avropa dövlətlərinin ən iri banklarının rəhbərləri iştirak edəcəklər.
İnformasiya dəstəyini MDB ölkələrinin aparıcı KİV-ləri təmin edəcək. –15D—
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:47
-
- Cəmiyyət
- 14 Noyabr 2012 13:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz