Azərbaycan banklarının depozit ehtiyatları 10 mlrd manatı keçib
2012-ci ilin sentyabrında Azərbaycanın kredit təşkilatlarında depozit və əmanət həcmi 202,3 mln manat və ya 2% artaraq 10080,6 mln manat olub. Son 12 ayın dördündə azalma olub, bu göstərici ümumilikdə 1340 mln manat və ya 15,3% artıb.
Hesabat ayında manat və valyuta vəsaitləri artıb. Valyuta vəsaitlərinin həcmi 5520,6 mln olub, bankların ümumi depozit portfelində onların payı 54,8%-dək azalıb. Bir il əvvəl bu göstərici 58,6% idi.
Oktyabrın əvvəli üçün fiziki şəxslər banklarda 4556,3 mln manat əmanət saxlayıb. Bu, ümumi göstəricinin 45,2%-dir (bir ay əvvəl də belə idi).
Fiziki şəxslərin qısamüddətli əmanətləri 64,7 mln manat və ya 2,4% artaraq 2921,2 mln manat təşkil edib. Uzunmüddətli əmanətlər 26,1 mln manat və ya 1,6% artaraq 1609 mln manat olub.
Müddətli əmanətlər 6724,7 mln manatadək və ya ümumi göstəricinin 66,7%-dək artıb.
Tələb edilənədək əmanətlərin ümumi həcmi 3566,7 mln manata çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manat depozitləri və əmanətləri üzrə orta dərəcə sentyabrda 0,10 f.b. azalaraq 10,21% olub, xarici valyuta ilə əmanətlərdə 0,28 f.b. azalaraq 10,49% olub. Hesabat ayında manat depozitləri əhalidən orta hesabla illik 10,53%, valyuta depozitləri 10,82%-lə qəbul edilib. Hüquqi şəxslər üçün bu göstərici 6,97% və 4,27% olub. --15B--
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:44
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz