İlin əvvəlindən muzdlu işçilərin sayı 1% artıb
Bu ilin sentyabr ayında əmək haqqı alan muzdlu işçilərin orta sayı 1 395,3 min təşkil edib. Bu 2011-ci ildəki orta saydan təxminən 7,8 min yaxud 1% çoxdur.
Dövlət Statistika Komitəsindən Turan-a bildiriblər ki, bu ilin yanvar ayı ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 6 min nəfər azalaraq sentyabrda 838 min təşkil edib. Qeyri-dövlət sektorunda bu müddət ərzində muzdlu işçilərin sayı 40 min nəfər artıb.
Məşğulluq növlərinə görə muzdlu işçilərin strukturu belədir: təhsil – 23,5%, səhiyyə və sosial xidmətlər - 9,5%, ticarət və avtonəqliyyat vasitələrinin texniki xidməti – 19,6%, sənaye - 12,6%, tikinti – 7,5%, nəqliyyat və anbar təsərrüfatı– 5% və s.
DSK-ə təqdim olunan maliyyə hesabatlarına əsasən, sentyabrda ölkədə orta aylıq əmək haqqı təxminən 397 manat təşkil edib. Bu ilin doqquz ayı ərzində isə muzdlu işçilərin orta əmək haqqı 388,2 manat, yaxud 2011-ci ilin müqayisə edilən dövründən 8,6% çox təşkil edib. 08D
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:41
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz