İqbal Ağazadə: "Azərbaycanın iqtisadi inkişafı davamsız və risklidir"
Bu gün parlamentin iclasında “Ümid” partiyasından deputat İqbal Ağazadə bildirib ki, ölkənin iqtisadi inkişafı barədə deyilənlər əsassızdır.
Onun sözlərinə görə, hər vətəndaşa tibbi yardım çərçivəsində 74 manat düşür. Buraya tibbi avadanlıq alınması, çarpayılar, tibb heyətinin ödənişi daxildir. İcbari tibbi sığorta olmadığı üçün pullar məmurların cibinə gedir.
Ölkədə müəllimlərin maksimum 24 saat dərs yükü olur, bir stavka üçün (18 saat) onlar 168 manat alır. Müəllimlər əsasən 1 stavka işləyir, ayrı-ayrı rayonlarda 2 - 2,5 stavkanın pulunu alır, amma kommunal xidmət pulunu özələri ödəyirlər. Olimpiya çempionunun birdəfəlik mükafatı qədər qazanmaq üçün müəllim 198 il işləməlidir. Karbohidrogenlərin qiyməti ucuzlaşsa, Azərbaycan uzunmüddətli böhrana hazır deyil, SSRİ ona görə yıxıldı ki, əvvəlcə süni şəkildə barrelin qiyməti $28-a qaldırıldı, sonra 14-ə salındı. Əgər dünya birliyi bu yolla iri neft ixracatçılarına təsir etmək istəsə, Azərbaycan bu risk qarşısında dura bilməyəcək. Ona görə real iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Özü də inflyasiya prosesinə təkan verən, ölkənin iqtisadi inkişafını tormozlayan inhisarçılarla kağız üzərində yox, konkret şəkildə mübarizə aparmaq lazımdır. --17D--
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:14
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz