On ayda Paşa Bankda 16,6% artım olub
Bu ilin yanvar-oktyabrında "Paşa Bank" ASC-nin aktivləri 94,62 mln manat və ya 16,6% artaraq 665,05 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 67,63 mln və ya 27,6% artaraq 313,07 mln manat olub.
Depozit portfeli 3,5% genişlənərək 383,95 mln manata, o cümlədən müddətli müştəri əmanətləri 30,12 mln və ya 18,1% artaraq 195,99 mln manata çatıb.
Məcmu kapital 34,84 mln və ya 24,4% artaraq 177,86 mln manat, ödənilmiş nizamnamə fondu 33,53 mln və ya 27,1 % artaraq 157 mln manat olub.
Bankın gəlirləri və xərcləri 47,49 mln və 35,95 mln manat, xalis mənfəəti 11,54 mln manat təşkil edib.
Bankın emissiya etdiyi aktiv plastik kart sayı 10 ayda 3652 ədəd və ya 3 dəfə artaraq 5457-yə çatıb. Hesabat dövründə bank 7, son ayda 5 bankomat quraşdırıb və onların sayını 16-ya çatdırıb. --15B--
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 12:32
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz