Vahid Əhmədov hökumətin kənd təsərrüfatına münasibətindən narazıdır
Parlamentin bugünkü iclasında deputat Vahid Əhmədov özəl maliyyə sektoru və hökumətin iqtisadiyyatın real sektoruna, o cümlədən kənd təsərrüfatına münasibətindən narazılığını bildirib.
Onun sözlərinə görə, sahədə inhisar olduğu üçün kəndlilər məhsulunu sata bilmir. Çoxsaylı və konkret qruplara məxsus kommersiya bankları kənd sahibkarlarına güzəştli kredit vermək, maliyyə sahəsini sağlamlaşdırılmaq əvəzinə, vergidən yayınıb milyonlarla manatı nağdlaşdırmaqla məşğuldur. Əhmədov deyib ki, bu sayda maliyyə institutuna ehtiyac yoxdur.
Bu şəraitdə hökumət rayonlardan birində kənd təsərrüfatı mallarının satışı üçün pilot layihə keçirməlidir. Layihəyə torpağın rekultivasiyasından bazara hazır məhsul çıxarılmasına qədər bütün proses daxil olmalıdır. Uğurlu olduğu təqdirdə layihəni genişləndirmək olar, - deyə deputat düşünür. --17D--
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 12:16
-
- İqtisadiyyat
- 14 Noyabr 2012 13:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz