Şahdağ qış-yay turizm kompleksinin bazasında dövlət QSC-si yaradılıb
Prezident İlham Əliyev 2009-cu ildə dövlət büdcəsi vəsaiti ilə tikilən Qusar rayonunun qış-yay turizm kompleksinin bazasında “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması barədə sərəncam verib.
Səhmlər Mədəniyyət və Turizm Nazirliyinin şəxsində dövlətə məxsusdur.
QSC turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə verilməsini təmin edir. Ekspertlər turizm biznesinə belə yanaşmanı məqbul saymır.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, dövlət belə layihələrin maliyyələşməsində də iştirak edə bilər. «Amma sonrakı mərhələdə onların həyata keçirilməsindən uzaqlaşmalıdır. Çünki belə investisiya layihələrinin inkişafı, saxlanması və istismarı dövlət üçün yükə çevrilir», - deyə ekspert düşünür.
Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 2009-cu ildən başlanılıb. Ərazisi 2 min hektardan artıq sahəni əhatə edir. Kompleksdə 500 yerlik 3 hotel, uzunluğu 6 min metrdən artıq olan 7 kanat yolu, 13 min metr olan 11 dağ-xizək enişi tikilib. Baş plana əsasən, nəzərdə tutulan obyektlərin tikintisi tam başa çatdıqdan sonra hər gün 10 min turisti qəbul etmək mümkün olacaq, iş yerlərinin sayı isə 5 minə çatdırılacaq. 08D
-
- İqtisadiyyat
- 12 Sentyabr 2015 22:08
-
- Cəmiyyət
- 12 Sentyabr 2015 23:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz