«Şahdəniz» yatağında 72 mlrd kubmetr qaz çıxarılıb
“Şahdəniz” yatağından 2006-cı ildən bu il iyunun 1-dək 72 mlrd kubmetr qaz çıxarılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Beynəlxalq neft-qaz konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, 2016-cı il ərzində iyunun 1-dək "Şahdəniz" yatağından 4,5 mlrd. kubmetr qaz, 1 mln. ton kondensat hasil olunub.
SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.
BP-Azerbaijan şirkəti I rüb üzrə hesabatında bildirib ki, SDA09 və SDA10 istismar quyularında üst seksiyalar başa çatıb.
SOCAR-ın məlumatına görə, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trln kubmetrdir. Ehtiyatları tam çıxarmaq üçün hasilat üç mərhələdə aparılacaq. "Şahdəniz 2" 2013-cü ildə başlayıb, ilk qaz 2018-ci ildə çıxarılacaq. “"Şahdəniz 3" layihəsinə gələn onillikdə başlanılacaq.
“"Şahdəniz" layihəsü üzrə müqavilə 1996-cı ildə imzalanıb. Yataq 1999-cu ildə kəşf edilib. Layihənin iştirakçıları bunlardır: BP (28,8%), TPAO (19%), SOCAR/SGC (16,7%), Petronas (15,5%), LUKoil (10%) və NICO (10%). –12C--
-
- Cəmiyyət
- 6 İyun 2016 11:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz