SOCAR-ın "Bulla-dəniz" yatağının dərin laylarının mənimsənilməsi üzrə böyük planları var
Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin milli sektorunda yerləşən "Bulla-dəniz" yatağının işlənməsi layihəsi çərçivəsində 2016-2025-ci illər ərzində 5 yeni özülün quraşdırılmasını planlaşdırır.
Bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən SOCAR-ın I vitse-prezirenti Xoşbəxt Yusifzadə bildirib.
"Hazırda №6 özüldə 5900 metr dərinlikdə №78 kəşfiyyat quyusu qazılır. Bu özüllərdə ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur", - deyə o qeyd edib.
"Bulla-dəniz" yatağı 1973-cü ildə kəşf edilib, 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına NQÇİ-nin balansındadır.
19 avqust 2013-cü ildə 5860 metr dərinlikdə kəşfiyyat quyusu qazılan zaman №90 quyuda yanğın olmuşdu. SOCAR yanğını xarici mütəxəssislərin köməyi ilə söndürdü. Həmin ilin 25 oktyabrında hasil edilən xammal qaz nəqli sisteminə qoşuldu.
Sonralar SOCAR geoloqları bildirdi ki, 6 metr dərinlikdə bir neçə qaz layı kəşf edilib. Orda 20 mlrd kubmetr qaz var. –12В--
-
- İqtisadiyyat
- 6 İyun 2016 11:30
-
- Analitika
- 6 İyun 2016 11:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz