Sahibkarlığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanıb
İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlığın inkişafı ilə bağlı təkliflər paketi hazırlayaraq hökumət strukturlarına təqdim edib. Təkliflərin bir qismi edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov tərəfindən Qəbələdə anons edilib.
Onun sözlərinə görə, islahatlar tikintiyə icazə, idxal-ixrac əməliyyatları, daşınmaz əmlakın qeydiyyatı, korporativ idarəetmə, investorların müdafiəsi, sahibkarlıq subyektlərinin elektrik təchizatı, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağladır.
İslahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqr, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.
Qeyd edilib ki, islahatlar beynəlxalq təcrübəyə əsaslanacaq.
Azərbaycan Respublikasının Prezidenti 3 mart 2014-cü il tarixində “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman verib. Nazirlər Kabinetinə tapşırılıb ki, 2 aya biznes mühitin yaxşılaşdırılması üzrə təkliflər hazırlasın. 08D
-
- Cəmiyyət
- 4 Aprel 2014 12:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz