«Şəffaflıq Azərbaycan» Vergi Məcəlləsinə dəyişiklikdə korrupsiya təhlükəsi riski aşkarlayıb
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Vergi Məcəlləsinin torpaqların sadələşdirilmiş vergiyə cəlb edilməsi hissəsində müəyyən dəyişikliklər edilməsini zəruri sayır. Təşkilat yanvarın 1-dən qüvvəyə minən yeni tələblərdə korrupsiya təhlükəsi riski olduğu qənaətindədir.
Belə ki, dəyişikliklərə əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilib. Digər kənd təsərrüfatı torpaq sahələrinin vergi dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilib.
İB-də hesab edirlər ki, bu, yerli icra hakimiyyəti orqanına təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının sahibləri ilə «razılığa gəlmək» imkanı yaradır. Bunun aradan qaldırılması üçün torpağın keyfiyyəti və təyinatı üzrə elektronlaşdırılmış mexanizmin tətbiqi zəruri sayılır.
Bundan başqa, bir çox kəndlilər sadə səbəbdən – zəruri vəsait olmadığı üçün torpaqdan istifadə edə bilmir. Yüksək vergi isə kasıblaşma ilə nəticələnir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz