Sənaye məhsullarının 83%-i Bakıda istehsal olunur
Bu ilin 9 ayında Bakıda sənaye istehsalının həcmi 16 mlrd. 365,3 mln. manat təşkil edib ki, bu da müqayisə olunan qiymətlərlə 2014-cü ilin uyğun dövründən 1,2% çoxdur. Bu barədə Turan-a paytaxtın Statistika İdarəsindən məlumat verilib.
Həmin müddətdə Bakı şəhərinin payına ölkənin sənaye məhsullarının 83%-i düşüb.
Hökumət qeyd edir ki, 2003-cü ildə regionların sosial-iqtisadi inkişafı üzrə üç Dövlət proqramının qəbul olunması nəticəsində Bakı şəhərindən kənarda yüzlərlə müəssisə açılıb. Bu, regionlarda istehsalın, məşğulluğun artmasına gətirib çıxarıb. Lakin paytaxt ölkənin sənaye mərkəzi olaraq qalır və çox güman ki, bu, hələ uzun illər belə olacaq, iqtisadçılar hesab edirlər.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Bakıda 24 sənaye müəssisəsi fəaliyyətini dayandırıb. Bu ilin əvvəlində onların sayı 1225 ədəd təşkil edib. 6 il öncə Bakıda 1380 sənaye müəssisəsi fəaliyyət göstərib.
2014-cü ildə Bakıda sənaye isytehsalının həcmi 6,7% azalaraq 28,2 mlrd. manat təşkil edib.08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz