Sığorta bazarının mütləq göstəriciləri artır
Bu ilin I yarısında sığorta şirkətləri 198,02 mln manat mükafat yığıb. Bu, ötən ilkindən (169,46 mln manat) çoxdur.
Dövlət başçısının iki qohumlarının 2 şirkəti öz seqmentində liderdir. “Paşa Sığorta” 29 mln 427,71 min manat yığıb. Bu, ötən ilkindən 2,6 mln çoxdur və ümumi mükafatların 14,9%-dir. Həyat sığortası üzrə lider “Paşa həyat Sığorta” 16 mln 165,19 min manatla 5-cidir.
“AzərSığorta”nın hesabında 18,43 mln manat var.
FHN rəhbərinə məxsus “AzSığorta” 2-ci yerdədir. O, 21,46 (ayda 6 mln) mln manat toplayıb.
Belə məmur rəqabəti ilə və ötən ilki ilə müqayisəd geriləməsi nəticəsində (17,24 mln 17,64 mln manata qarşı) “Atəşgah” 4-cü yerə düşüb. Həyat sığortasıü zrə sabiq lider “Atəşgah Həyat Sığorta” (6-cı) biznes tərəfdaşından 14,62 mln-la bir qədər geri qalır.
Onluğun aşağısında da kiçik rotasiya var (cədvələ bax).
Ödənişlər üzrə “Paşa Sığorta” liderdir - 13,37 mln manat. Ümumi ödənişlərin 23%-i onun payına düşür. Onun ödənişləri də əsasən KTS üzrədir, Yanvar-mayda şirkətlər 58,1 mln manat ödəniş edib. Bu, ötən ilin eyni dövründəkindən (41,44 mln) 16,6 mln manat çoxdur. --17D—
-
- İqtisadiyyat
- 11 İyul 2013 16:55
-
- Siyasət
- 11 İyul 2013 18:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz