«Silk Way Insurance»ın gəlirləri 15,1% artıb
«Silk Way Insurance» sığorta şirkəti 2016-cı ildə 2015-ci ilə nisbətən ümumi gəlirlərini 3 mln 081,757 min manat və ya 15,1% artıraraq 23 mln 484,072 min manata çatdırıb.
Şirkətin əməliyyat gəlirləri 5% və ya 1 mln 025,055 min manat artaraq 21 mln 554,214 min manata çatıb. O cümlədən sığorta haqları 946,056 min manat və ya 5,2% artaraq 19 mln 034,091 min manat olub.
Hesabat dövründə «Silk Way Insurance»ın xərcləri 19 mln 183,550 min manata artlb – artım 812,142 min manat və ya 4,4% təşkil edib.
Əməliyyat xərcləri 18 mln 119,930 min manat, artım 456,082 min manat və ya 2,6% olub. 2016-cı ildə sığorta ödənişləri 2 mln 650,847 min manat olub – artım 29,800 min manat və ya 1,1%-dir.
«Silk Way Insurance»ın aktivləri 2015-ci ilə nisbətən 7 mln 316,328 min manat və ya 23,4% artaraq 38 mln 524,875 min manata çatıb.
Hesabat dövründə şirkətin öhdəlikləri 63,8% və ya 5 mln 358,430 min manat artaraq 13 mln 759,022 min manata çatıb.
«Silk Way Insurance»ın kapitalı 24 mln 765,853 min manat olub. 2015-ci ilə nisbətən bu göstərici 8,6% və ya 1 mln 957,898 min manat artıb.
2016-cı ildə şirkət 3 mln 440,417 min manat mənfəət əldə edib.
Nizamnamə kapitalı 14 mln 770 min manatdır. 71D
-
- Cəmiyyət
- 14 Fevral 2017 14:13
-
- İqtisadiyyat
- 14 Fevral 2017 14:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz