Manatın möhkəmlənməsi müvəqqəti, şəxsi marağın nəticəsidir – Natiq Cəfərli
Fevralın 14-də valyuta hərracında təklif 35 mln dollar, tələb 37 mln dollar olub, deyə «Respublika Alternativi» (REAL) hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli bildirib.
«Tələb təklifdən 2 mln dollar çox olsa da, dolların məzənnəsi 1,7301-dən 1,7296 manata düşüb. Üzən məzənnə belə olmur. Bu, dar, şəxsi marağın nəticəsidir», deyə Natiq Cəfərli bildirib.
Xatırladaq ki, 2016-cı ilin oktyabrından dolların məzənnəsi yüksəlsə də, 2017-ci ilin fevralında manat kəskin möhkəmlənib. Fevralda manat 19 qəpik – 1 dollar üçün 1,92-dən 1,72967 manata kimi möhkəmlənib. 71D
-
- İqtisadiyyat
- 14 Fevral 2017 14:15
-
- İqtisadiyyat
- 14 Fevral 2017 15:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz