SOCAR amerikalıları NEZ-in modernləşməsinə cəlb edib
Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və ABŞ-ın UOP şirkəti arasında Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi üzrə müqavilə imzalanıb, deyə şirkətin saytı bildirir.
UOP şirkəti NEZ-in strukturuna daxil olan qurğular, o cümlədən koks naftasının hidrotəmizləməsi, katalitik krekinq, izomerləşmə, MTBE, doymamış maye qazın merkaptan oksidləşdirilməsi, aminlə təmizləmə və sulfidin oksidləşməsi qurğuları inşa edəcək.
Rövnəq Abdullayev SOCAR ilə UOP arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, qeyd edib ki, NEZ-in strukturuna daxil olan katalitik reforminq qurğusu məhz UOP şirkətinin lisenziyası əsasında inşa edilib, NQENKK və NEZ-in yenidən qurulması layihələri üzrə Texniki İqtisadi Əsaslandırılma UOP şirkətinin iştirakı ilə həyata keçirilib. UOP şirkəti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR layihəsində də müxtəlif qurğular üzrə lisenziar seçilib.
Əvvəllər Abdullayevə istinadən bildirilirdi ki, SOCAR 2015-ci ilin sonunda Heydər Əliyev adına NEZ-in yenidən qurulmasına başlayacaq və 2018-ci ilin sonuna başa çatdıracaq. Bu, zavoda avro 5 standartına uyğun yüksək keyfiyyətli benzin və dizel yanacağı istehsal etməyə və ölkənin tələbatını 2030-cu ilə kimi təmin etməyə imkan yaradacaq.—12D--
-
- Siyasət
- 4 Noyabr 2015 18:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz