SOCAR daha bir istiqraz emissiyası yerləşdirə bilər
SOCAR daxili bazarda daha bir istiqraz emissiyası yerləşdirə bilər. $100 mln məbləğində (100 min ədəd, nominal $1 min) qiymətli kağızlara tələb təklifdən iki dəfə çox - $203 mln 604 min olub.
Kampaniya 20 sentyabrda başlayıb və 10 oktyabrda başa çatıb.
ASAN xidmət, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank, Xalq Bank, Kapital Bank, Rabitə Bank, AzFinance, İnvestAz, Paşa Kapital və anderrayterliyi öhdəsinə götürən PSG Kapitalın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda gerçəkləşdiriləcək. 14 oktyabradək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda İkinci Bazar əməliyyatları başlanacaq.
SOCAR əvvəllər məlumat verdiyi kimi, 5%-lik kağızların buraxılmasında məqsəd maliyyə kanallarının şaxələndirilməsi, yeni investisiya imkanlarının yaradılmasıdır, vəsaitlərin xarici öhdəliklərin ödənilməsinə yönəldiləcək.
SOCAR əvvəllər avrobondlar yerləşdirib. --17D—
-
- Cəmiyyət
- 11 Oktyabr 2016 13:22
-
- İqtisadiyyat
- 11 Oktyabr 2016 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz