SOCAR və «Qazprom» Rusiya qazının Azərbaycana tədarükünü müzakirə edəcək
SOCAR-ın nümayəndə heyəti bu gün 16-18 iyunda Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak üçün Rusiyaya yola düşür.
Forum çərçivəsində Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR nümayəndə heyəti “Qazprom”un İH sədri Aleksey Millerlə görüşəcək.
SOCAR-ın “Qazprom”la müzakirə edəcəyi çox məsələ var. Bu ilin mayında Rövnəq Abdullayev jurnalistlərə deyib ki, “Azərbaycan Rusiya qazının idxalı ilə bağlı təkliflərini “Qazprom”a təqdim edib. Onun sözlərinə görə, təkliflərdə 3-5 mlrd kubmetr idxal həcmi barədə müxtəlif variantlar var.
Əgər ölkə 2007-ci ildən qaz ixrac edirsə, idxal qazı Azərbaycanın nəyinə lazımdır? SOCAR prezidenti deyib ki, neft hasilatı azalmasın deyə neft laylarına daha çox səmt qazı vurulmalıdır. İstər SOCAR, istərsə BP-Azerbaijan bunu edə bilmir. Çünki səmt qazının bir hissəsi ölkənin ehtiyaclarına yönəldilir. Abdullayevin fikrincə, böyük həcmdə səmt qazı quyulara vurulsa, neft hasilatı artacaq. Onda şirkətlərin də, dövlətin də gəlirləri artacaq. Bunun üçün qaz idxal edilməlidir.–12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz