Standartlaşdırma və metrologiya müəssisələri özəlləşmə üçün açılıb
Prezident İlham Əliyev martın 7-də “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, özəlləşdirilə bilən dövlət obyektləri arasına standartlaşdırma və metrologiya müəssisələri də daxil edilib.
Prezident həmin müəssisələrin özəlləşdirməyə açılması səlahiyyətini özündə saxlayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Turan-a bildiriblər ki, müəssisələrin özəlləşdirilmə perspektivinin yaranması maraqların toqquşmasına yol açan amillərlə bağlıdır. Belə ki, qurum həm standartlaşdırma və metrologiya ilə, həm də kommersiya strukturları vasitəsilə bu sahədə təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməz.
Söhbət Təcrübə-Sınaq Mərkəzi (AzTEST) və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu nəzdindəki «Azstandartinform» MMC-dən gedir. 08D
-
- Söz istəyirəm
- 9 Mart 2016 12:43
-
- Siyasət
- 9 Mart 2016 13:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz