Sumqayıt Kimya Sənaye Parkının növbəti rezidenti
“AzerFloat” QSC Sumqayıt Kimya Sənaye Parkının növbəti rezidenti olub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətində Turan-a deyiblər ki, “AzerFloat” QSC sənaye parkının ərazisində Float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində ildə 8 mln m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək. Məhsulub bir hissəsi ixrac olunacaq.
Mütəxəssislərə görə, Azərbaycanın şüşə lövhələrə tələbatı 20 mln m2.-dir və idxal hesabına təmin edilir.
Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi ilə Almaniyanın “HORN Glass Industries AG” şirkəti məşğul olacaq.
Müəssisədə 150 nəfər çalışacaq. Buna qədər Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “SOCAR Polymer” MMC və “Azertexnolayn” MMC idi. Rezidentlər 7 illiyə vergidən azaddır.
Sumqayıt Kimya Sənaye Parkının yaradılması üçün 295,62 ha torpaq ayrılıb. Bunun 82 hektarı əvvəlki rezidentlərə verilib.
“AzerFloat” bu ilin martında yaradılıb. Hüquqi ünvanı belədir: Bakı, M.Əliyev küçəsi, 245, mənzil 29. Nizamnamə kapitalı 4 min manatdır. 08D
-
- Siyasət
- 20 Dekabr 2014 14:55
-
- İqtisadiyyat
- 20 Dekabr 2014 16:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz