Фото из открытых источников
Bakı/15.03.18/Turan: Bakıda sərnişinlərin daşınması üzrə "Maxim" (*2111) adlı yeni nəqliyyat şirkəti fəaliyyətə başlayıb. Şəhər içində və Azərbaycanın bölgələrində adamların daşınması üzrə ənənəvi xidmətlərlə yanaşı firma eksklüziv səyahət növləri də təqdim edir.
Şirkətin direktoru Emin İsmayılovun məlumatına görə, "Maxim" uzaq məsafələrə sifarişlər qəbul edir. Sərnişinlərin xarici ölkələrə daşınması üzrə xidmətlərə tələbat var. Bakı sakinlərinin bir hissəsi şimal istiqamətini seçir və Rusiyaya, əsasən Tümen və Vladivostoka taksi sifariş edir. Ancaq bu yolla Gürcüstan, İran, Türkiyəyə də getmək olar.
Uzaq səfərlərin tariflərinə gəlincə, Tbilisiyə bir istiqamətdə və sərnişinlərin sayindan aslı lmayaraq, taksi müştəriyə 223 manata, İstanbula 872 manata, Tehrana 321 manata başa gələcək.
Ancaq qeydiyyat üçün növbə gözləmək lazım gəlməyəcək, bilet və baqaj yoxlanışı yoxdur, müştəri avtomobilin salonunda ya tək, ya da ailəsi ilə birlikdə olacaq. Avtobus, təyyarə və qatarda olduğu kimi, narahat və zəhlətökən qonşular onu rahatsız etməyəcək.-0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz