TANAP layihəsi 25% ucuz başa gələcək
Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinə çəkilən xərclər proqnoz göstəricidən 20-25 faiz azalıb. Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
"Bu, qiymətin azalmasına görə baş verib. Biz boruların alınmasına görə, yaxşı tender nəticələri əldə etdik. Bu, bizə layihəyə xərcləri azaltmaq imkanı verir", deyə Abdullayev bildirib.
Qeyd edək ki, əvvəllər TANAP layihəsin 11 mlrd dollar qiymətləndirilirdi.
Abdullayev bildirib ki, TANAP-ın tikintisi üç sektor üzrə həyata kçeirilir. “ 1350 km kəmər çəkilməsi üzrə tender bağlanıb. Marşrutun hazırlanması başa çatıb, ilin sonuna kimi 50 lm boru xətti qaynaqlanacaq”, - deyə o qeyd edib.
TANAP üçün boru alınması üzrə saziş (Borusan Mannesmann Boru San. Tic. A.S. / Noksel Celik Boru Sanayi A.S. / Erciyas Celik Boru Sanayi A.S., Baosteel Europe GmbH/Toscelik Profil ve Sac Endustrisi A.S и Umran Celik Boru Sanayii A.S. / Emek Boru Makina Sanayi ve Ticaret A.S konsorsiumları) 2014-cü ilin oktyabrında imzalanıb. Saziş 1,2 mln tonboru hazırlanmasını nəzərdə tutur. –12D--
-
- İqtisadiyyat
- 12 Noyabr 2015 13:16
-
- Siyasət
- 12 Noyabr 2015 13:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz