Tarif Şurası elektrik enerjisinin qiymətini 15 faizdən çox artırıb
Tarif Şurası iyulun 15-dən Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə qiymətini artırıb. “Azərenerji” ASC-nin hasil etdiyi elektrik enerjisinin topdansatış qiyməti 0,041 manatdan 0,043 manata qaldırılıb. Pərakəndə satış 0,06 manat/kVTs.-dan 0,07 manat/kVTs.-ya çatdırılıb.
Beləliklə, pərakəndə tariflərin artırılması 15 faizdən çox təşkil edib.
Tarif Şurasının məlumatında deyilir ki, enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafına yönəlib.
Yeni tariflər elektrik enerjisi istehsalçılarının dövlət büdcəsindən asılılığını azaltmağa və bu sistemdə çalışan 18 mindən çox işçinin əməkhaqqının artırılmasına imkan verəcək.
Abonentlərin iyulun 15-dək olan borcları köhnə tariflə ödəniləcək.
Bundan öncə mayın 15-də Tarif Şurası suyun qiymətini artırıb
Bütün bunlar əhalinin gəlirlərinin kəskin azalması, müəssisələlərin və iş yerlərinin bağlanması fonunda baş verir.—06D--
-
- Mədəniyyət
- 14 İyul 2016 20:28
-
- İqtisadiyyat
- 15 İyul 2016 10:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz