Təkrar mənzil bazarında qiymətlər əhalinin gəlirlərinə uyğun deyil

Fevralda paytaxtın təkrar mənzil bazarında qiymətlər artıb (3,5%). Buna səbəb “Sovetski” küçəsində söküntülər və elektron KİV-dəki ajiotajdır. Əgər Füzuli, Bədəlbəyli və Mirzağa Əliyev küçələrindəki söküntü kəskin (20-40%) artımla nəticələndisə, indi qiymət süni, amma yavaş artır.

«Əmlak Bazarı İştirakçıları» İB-nin monitorinqi göstərib ki, təkrar mənzil bazarında vəziyyət ciddi dəyişməyəcək, çünki 2013-cü ildə ARDNŞ 149 çoxmənzilli evə (30 min 374 mənzil) qaz verib.

«İqtisadi Təşəbbüslərə Yardım” İB-nin sədr müavini Rövşən Ağayev hesab edir ki, onsuz da şişirdilmiş olan təkrar mənzil bazarında qiymətlər ikinci rübün ortalarında yenə artacaq. Tikinti materialları da bahalanır. Bu isə təkcə paytaxtdakı söküntülərlə bağlı deyil.  O, hesab edir ki, Bakıda 2 otaqlı mənzil 40-500 min manatdır. Ona görə orta qiymətdən danışmaq çətindir. Bank sistemində ipoteka kreditləşməsindəki zəifləmə (indi mənzilin 40%-i qədər depozit, 700 manata qədər maaş haqda arayış tələb olunur) nəticəsində evlər 15-20% bahalanacaq.

fevralda təkliflə tələb uyğun idi. Bakının ən cəlbedici rayonları Səbail və Xətaidir. Əvvəlki lider Yasamal, Nərimanov, Nəsimi onlardan geri qalır. Təklif portfelində fevralda 79% bu rayonların payına düşüb. Tendensiyanın əsas səbəbi budur ki, yeni evlər satılaraq təkrar bazar yaradır, bu rayonlar ipoteka krediti üçün əlverişlidir.

2 və 3 otqalı mənzillərə daha çox tələbat var. Nəqliyyata yaxınlıq prioritet olaraq qalır. Bakıxanov qəsəbəsində metrodan 1 km-də 2 otqalı ev 70 min manatdır.Əhmədlidə metronun çıxışında belə ev 85 min manatdır.

Ekspert qeyd edib ki, pul yığın mənzilini genişləndirdiyi üçün 2-3 otaqlı məənzillərə tələbat çoxdur (55%).

Ötən ay ölkənin başqa iri şəhərlərində də təkrar mənzil bazarında qiymətlər artıb. Hərçənd onlarda söküntülər yoxdur.  

Rövşən Ağayev də hesab edir ki, bütün seqmentlərdə, mənzil kitayəsində də qiymətlər yüksəkdir. Bunun obyektiv göstəricisi əhalinin gəlirləridir. Dövlətstatkoma görə, 2013-cü ildə adambaşına orta gəlir 3 705,7 manat olub. Hesablamanın özü nöqsanlıdır. O, büdcəçilərlə 120 – 170 manat alan pensiyaçıları yüz milyonlarla qazancı olan oliqarxlarla bərabər göstərir.

Dövlətstatkomun məntiqinə görə, orta statistik vətəndaş yemək və sudan imtina etsə, pirallahıda 1 otaqlı mənzili 8 ilə, Yasamalda 30 ilə ala bilər.

Halbuki əhali gəlirlərinin 64.3%-i mal və xidmət alınmasına, 10.1%-i vergi, rüsum və s. xərcləyir. --17D—
 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti