Törəmə qiymətli kağızların birja ticarəti üçün yeni platforma yaradılıb
Qiymətli kağızlar bazarının 3 peşəkar iştirakçısı “Valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarətinin təşkili, aparılması, klirinq və hesablaşmaların həyata keçirilməsinə dair Kollektiv Saziş” imzalayıb.
Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti, Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti və İnvest-AZ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan sazişə əsasən, likvidliyi InvestAZ şirkəti tərəfindən təmin ediləcək yeni alətlər üzrə hesablaşmalar Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.
BFB-də Turan-a bildiriblər ki, saziş 19 martda imzalanıb və bir sıra aparıcı maliyyə institutları ona qoşulub.
2013-cü ildə BFB-da Meta Trader 4 platforması ayardılıb. Yeni birja alətləri bu platforma ilə tətbiq ediləcək.
“İnvest-AZ” şirkəti QK bazarında broker və diler lisenziyasını 2013-cü ildə alıb. Hələlik o özünü dövlət və korporativ QK bazarlarında göstərmir. 08D
-
- Cəmiyyət
- 4 Aprel 2014 14:56
-
- İqtisadiyyat
- 4 Aprel 2014 16:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz