Üç kolbasa istehsalçısı «halal» standartı üzrə müsbət rəy alıb
Aprelin 1-də hökumətin kolbasa və sosis isytehsalçılarına məhsullardan “halal” sözünü yığışdırmaq üçün verdiyi müddət bitib. “Halal» sertifikatı almaq üçün 20 istehsalçıdan 9-u Dövlətstandartkoma müraciət edib.
Yanvarda tandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz məhsullarından “halal” sözünü yığışdırmağı təlb edib, amma heç bir istehsalçı halal məhsul buraxmaq üçün sertifikat almayıb. «Halal» standartı isə 2012-ci ilin avqustundan qüvvəyə minib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Turan-a bildirib ki, “halal” standartına uyğunluqla bağlı tədqiqatlar ölkə daxilində və xaricdə davam etdirilir. Hazırda qurumun mütəxəssisləri Hindistanda Azərbaycana kolbasa üçün ət göndərilən yerlərlə tanış olur. SMPDK təmsilçisi deyib ki, kolbasa istehsal edilən ətin 90%-i Hindistandan gətirilir.
Bu gün 9 müraciət edəndən 3-ə ilkin müsbət rəy verilib.
2013-cü ildə ölkədə kolbasa məmulatlarının rəsmi istehsal həcmi 1,8 min ton olub. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz