Üç sərnişin gəmisinin inşası bu ilin aprelində başa çatdırılacaq
Bakı Gəmiqayırma Zavodunda (BGZ) üç sərnişin gəmisinin inşası bu ilin aprelində başa çatdırılacaq. Gəmilərin inşası Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə həyata keçirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, paralel olaraq müəssisədə “Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Sifarişçi BP şirkətidir. Müqavilənin dəyəri $378 mln. təşkil edir.
2015-ci ildə BGZ-də 2 üzən qurğu və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.
BGZ 2011-ci ilin mayında SOCAR (65%), “Azərbaycan İnvestisiya Şirkəti” (25%) və Sinqapurun Keppel Offshore & Marine (10%) şirkətləri tərəfindən yaradılıb. Zavod $470 mln.-a başa gəlib ki, bunun da $160 mln.-u səhmdar kapitaldır.
BGZ ildə su tutumu 15 min tonadək 4 gəmi, su tutumu 70 min tonadək 2 tanker və 4 yardımçı gəmi inşa etmək,həmçinin 80-100 gəmini təmir etmək gücünə malikdir.08D
-
- Cəmiyyət
- 12 Yanvar 2016 11:41
-
- İqtisadiyyat
- 12 Yanvar 2016 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz