Vahid mobil rabitə lisenziyası tətbiq edilir
Dövlət başçısı 2 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a dəyişiklik edib. Dəyişiklik mobil rabitə lisenziyasına aiddir və 3-cü nəsil mobil rabitəyə xüsusi lisenziya ləğv edilir.
Bundan sonra mobil rabitə lisenziyası texnoloji standartın adı göstərilməklə veriləcək. Bu zaman tərəflər lisenziya sazişi imzalayacaq. Nazirlər Kabinetinə tapşırılır ki, sellülar (mobil) fəaliyyət növü üzrə lisenziya verilməsi üçün tələb olunan əlavə şərtləri hazırlasın.
Azərbaycanda mobil rabitə xidmətini 3 şirkət göstərir. Bu fəaliyyət üçün lisenziyanı Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan MR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 5 illiyə verir. Lisenziyanın qiyməti 11 000 manatdır. 08D
-
- Cəmiyyət
- 11 Sentyabr 2015 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz