Vergi borcu üzündən SC-nin torpaq sahəsi hərracda satıla bilər
“Bakelektromaşın” ASC-nin 98 786 manat vergi borcu torpağını itirməsi ilə nəticələnə bilər. Bu həftə vergi ödəyicisinin torpaq sahəsi müəyyən edilmiş qaydada siyahıya alınıb və hərracda satıla bilər.
Vergilər Nazirliyinin məlumatına görə, Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları “Bakelektromaşın” ASC-nin torpaq sahəsini 120 min manat qiymətləndirib. Qala qəsəbəsindəki torpağı sahəsi barədə məlumat verilmir.
Bakı şəhəri Vergilər Departamenti 2013-cü ildə elektrik maşınları istehsalına görə ƏDV hesablayıb. Məsələyə məhkəmədə baxılsa da, “Bakelektromaşın” ASC-nin iddiası rədd edilib.
Bu, vergi əməkdaşlarının “Bakelektromaşın” ASC ilə ilk münaqişəsi deyil. 2011-ci ildə açıq hərracda ümumi qiyməti 13 750 manat olan 7 elektrik mühərriki satılıb. Bu dəfə vergi borcu ödənilməsə, müəssisə iflasa uğradığını elan edə bilər. 08D
-
- Siyasət
- 13 İyun 2014 16:40
-
- Sual-cavab
- 13 İyun 2014 17:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz