Vergi daxilolmaları 2% azalıb
2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 144 milyon 974 min manat olub. Bu, 2014-cü ilin on ayı ərzində olduğundan 2% (174,7 mln. manat) azdır.
Əvvəlki dövrdən fərqli olaraq, Vergilər Nazirliyi vergilərin strukturu, qeyri-neft sektorunun vergi daxilolmalarında iştirakı haqqında məlumat vermir.
10 ay ərzində vergi ödəyiciləri bazası 65 367 subyekt genişlənib.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə 7 mlrd. 112 mln. manat yığılması planlaşdırılırdı. Neft sektorundan vergilərin azalması ilə əlaqədar proqnoz 100 mln. manata endirilib. -08D-
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 13:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz