Qiymətli kağızlar bazarı iştirakçılarının nizamnamə kapitalının minimum miqdarı müəyyən edilib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlar bazarında lisenziya alan şəxslərin nizamnamə kapitalının minimum miqdarına tələbləri müəyyən edib.
QKDK-nın qərarına əsasən, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının minimum məbləği 1 milyon manat həcmində müəyyən edilir. Əsas investisiya xidmətlərinin göstərilməsi üçün investisiya şirkətinin (A kateqoriya) nizamnamə kapitalının minimum məbləği 300 min manat, yardımçı investisiya xidmətlərinin göstərilməsi üçün (B kateqoriya) 75 min manat həcmində müəyyən edilir.
İnvestisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının nizamnamə kapitalının ödənilməsi yalnız pul vəsaitləri ilə həyata keçirilir.
Amma iyulda “Qiymətli kağızlar bazarı haqqında” qanun qəbul edilənə kimi fəaliyyət göstərmiş şirkətlər vəsaiti əmlak şəklində də qoya bilər. Bu qanuna əsasən, QK bazarının peşəkar iştirakçılarının təşkilati-hüququ forması səhmdar cəmiyyət kimi müəyyən edilib. Bu ilin sonuna kimi MMC kimi təsis edilən şirkətlər SC-yə çevrilməlidir.
QKDK-nın bu qərarı sentyabrda qəbul edilib, hüquqi aktların reyestrində noyabrın əvvəlində açıqlanıb. 08D
-
- Cəmiyyət
- 11 Noyabr 2015 11:45
-
- İqtisadiyyat
- 11 Noyabr 2015 12:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz