Vergi Məcəlləsinə yeni maddələr əlavə ediləcək
Azərbaycanın Vergi Məcəlləsinə növbəti dəyişikliklər ediləcək – bunu prezidentin 4 avqust tarixli “Vergi inzibatçılığının təkmilləşdirilməsi və 2016-cı ildə vergi sahəsində keçirilən islahatların istiqamətinin təsdiq edilməsi haqqında” sərəncamının icra edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, ilk növbədə ölkə vətəndaşlarının ofşor zonalarında həyata keçirdiyi əməliyyatlara nəzarət sərtləşdirilməli, həmçinin orta vergi dərəcələrinin azaldılması vasitəsilə nağdsız ödənişlər stimullaşdırılmalıdır.
O, iyunun 16-dan xaricilər üçün həyata keçirilən Tax Free sisteminin tətbiqinə də toxunub. Rəsmi məlumata görə, bu tarixdən başlayaraq 45 ölkənin vətəndaşına 104 min manatdan çox pul qaytarılıb (Heydər Əliyev adına hava limanı ərazisində ixtisaslaşmış dükanlarda alışdan 80% ƏDV). Nazir müavini bunun Azərbaycanın digər nəzarət-buraxılış məntəqələrində də tətbiqinin mümkünlüyünü istisna etməyib. --17D—
-
- Siyasət
- 10 Avqust 2016 13:31
-
- İqtisadiyyat
- 10 Avqust 2016 13:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz