Bakıda Mi-8 helikopterlərinin təmiri mərkəzi açılacaq
Azərbaycanda Mi-8/17 ailəsindən olan helikopterlərin təmiri üzrə "Rusiya helikopterləri" mərkəzi açılacaq, deyə helikopterlərə xidmət üzrə holdinqin baş direktorunun müavini İqor Çeçikov TASS-a bildirib (http://tass.ru/armiya-i-opk/3524775).
Saziş Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək "ADEX 2016" 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacaq. Servis mərkəzi "Silk Way Helicopter Services" müəssisəsinin bazasında fəaliyyət göstərəcək. Hazırda bu mərkəzin hərbi təyinatlı helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə genişləndirilməsi məsələsi müzakirə edilir, deyə Çeçikov bildirib.
Xatırladaq ki, avqustun 8-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq. --17D—
-
- İqtisadiyyat
- 10 Avqust 2016 13:34
-
- Cəmiyyət
- 10 Avqust 2016 14:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz