Vergi ödəyicilərinin sayı 570 mini keçib
Bu ilin yanvar-may aylarında respublika üzrə 37 min 191 vergi ödəyicisi qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 6,5% çoxdur. Vergilər Nazirliyinin məlumatına görə, iyunun 1-i üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 570,1 mini keçib. İlin əvvəli ilə müqayisədə onların sayı 58 min və ya 11,3% artıb.
Vergi ödəyicilərinin ümumi sayına kommersiya subyektləri ilə yanaşı bələdiyyələr, QHT-lər, dini qurumlar və təhsil müəssisələri daxildir.
Vergilər Nazirliyi strukturların forması (hüquqi və fiziki şəxslər), eləcə də təşkilati-hüquqi forması barədə məlumat vermir. Amma Dövlətstatkomun məlumatına görə, vergi ödəyicilərinin çoxu fiziki şəxslərdir.
2008-ci ilin yanvarından vergi ödəyicilərinin qeydiyyatı “bir pəncərə” prinsipi ilə həyata keçirilir. 2011-2012-ci illərdən proses elektron rejimdə aparılır. 08D
-
- Bazarların icmalı
- 13 İyun 2014 14:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz