Xəzər Dəniz Gəmiçiliyi üç gəmini istismara verib
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Rəşid Behbudov” sürətli sərnişin gəmisi, “Gəncə” tankeri və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.
“Gəncə” tankeri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan 2 yeni tankerdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.
Tutumu 150 nəfər olan “Rəşid Behbudov” sürətli sərnişin gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansının sifarişinə əsasən tikilib. Gəmi Avstraliyanın “Austal” gəmiqayırma zavodunda inşa edilib. Gəmi BP şirkətinin sifarişlərini yerinə yetirəcək.
Yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən “Qafur Məmmədov” quru yük gəmisi iXəzərdəki quru yük donanmasının yenilənməsi məqsədilə inşa edilib. –71D-
-
- İqtisadiyyat
- 18 Noyabr 2016 16:44
-
- Cəmiyyət
- 18 Noyabr 2016 17:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz