Ekspert: «2017-ci ilin dövlət büdcəsi son 10 ilin ən pis büdcəsidir»
2017-ci il üçün dövlət büdcəsinin layihəsi göstərir ki, bu, son 10 ilin ən pis büdcələrindən biridir. Bu fikri tanınmış iqtisadçı Qubad İbadoğlu gələn il üçün dövlət büdcəsinin layihəsinin ictimai müzakirəsi zamanı söyləyib.
Turan məlumat verir ki, Q.İbadoğlu bildirib ki, müzakirələrə deputatların üçdə ikisi dəvət olunub, lakin heç biri, hətta müfafiq komitənin üzvləri gəlməyib.
İlin sonuna bir ay yarım vaxt qalır, lakin indiyədək dövlət büdcəsi haqqında qanunlar paketi parlamentə təqdim edilməyib.
Konkret dövlət büdcəsi haqqında danışan ekspert qeyd edib ki, bu, təxminən $9 mlrd.-dan bir az çox təşkil edir və son 10 ilin ən aşağı göstəricisidir.
Q.İbadoğlu xatırladıb ki, ən böyük büdcə 2013-cü ildə olub- $25 mlrd.
“İndiki göstəricilər ondan xəbər verir ki, Azərbaycan inkişaf etmir, geriyə addımlayır”, - ekspert vurğulayıb.
Konkret rəqəmləri açıqlayan iqtisadçı deyib ki, büdcənin 38%-i neft gəlirlərinin, 45% vergilərin, 14% gömrüyün, 3% digər sahələrin hesabına formalaşıb.
“Son illərin təhlili büdcə vəsaitinin qeyri-effektiv xərcləndiyini göstərir. Bu illər ərzində investisiyalara 24,4 mlrd. manat xərclənib və bu, əsasən tikintiyə yönəldilib. İnvestisiyaların qeyri-məhsuldar xərclənməsi indi dövlət büdcəsinə təsir göstərir “, - Q.İbadoğlu vurğulayıb.
Dövlət borcunun ödənilməsi ilə bağlı xərclərin artmasına toxunan iqtisadçı bildirib ki 2017-ci ilin dövlət büdcəsində bu xərclər maddəsi 12,4% təşkil edir.
“Borc götürənlər onları səmərəli xərcləyə bilməyiblər. Nəticədə borcların qaytarılması yükü dövlət büdcəsinin üzərinə düşür və bu da vergiödəyicilərinin hesabına doldurulur ki, bu sıraya biz də aidik”, - o vurğulayıb.
Hökumətin konkret təkliflərinə toxunan Q.İbadoğlu deyib ki, hər ay dövlət büdcəsinin icrası haqqında hesabatı dərc etmək, dövlət büdcəsindən maliyyələşdirilən proqramların təsnifatını aparmaq, idarəetmə aparatının xərcləri də daxil olmaqla, cari xərcləri azaltmaq lazımdır.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev öz çıxışında deyib ki, hakimiyyət öz nəzarətində olan mətbuata dövlət büdcəsi probleminin müzakirəsini qadağan edib. Dövlət büdcəsinin formalaşması prosesi üç hissədən ibarətdir – təkliflər, müzakirələr və nəzarət.
“İndiki halda belə bir şey yoxdur və göründüyü kimi, bundan sonra da olmayacaq. Tədbirdə hətta İctimai Televiziyadan, dövlət telekanalından heç kim iştirak etmir. Halbuki, 2017-ci ilin dövlət büdcəsindən onlara 500 mln. manatın ayrılması planlaşdırılır”, - o vurğulayıb. –71В-
-
- Siyasət
- 18 Noyabr 2016 15:52
-
- İqtisadiyyat
- 18 Noyabr 2016 17:03
İqtisadiyyat
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun rəhbərlik etdiyi araşdırma, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
-
Azərbaycan Dəmir Yolları QSC (ADY) 2025-ci ilin yanvar ayında 713,699 sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir, şirkət çərşənbə axşamı bildirib.
-
Ötən həftə Azərbaycan mediası pərakəndə çörək qiymətlərinin artacağı barədə məlumat yayıb, bu artımı məhsulun çəkisinin artmasına bağlayıb. Növbəti gün rəsmi bildirişdə hökumətin ölkədə çörək qiymət artımını sanksiyalaşdırmaq niyyətində olmadığı təsdiqlənib. Lakin, bu əsas qida məhsulunun qiymətinin artmasının başqa bir səbəbi ilə təhdid qalır.
Rəy yaz