Yanvarda inflyasiya 5,8% təşkil edib
Yanvarda dekabr ilə müqayisədə istehlak qiymətləri 5,8% artıb, Dövlət Statistika Komitəsi (DSK) bildirib.
DSK-nın məlumatına görə, ay ərzində ərzaq mallarının qiyməti 8,7%, qeyri-ərzaq mallarının qiyməti 5,6%, əhaliyə pullu xidmətlər 2,1% artıb.
Qeyd edək ki, dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı ikinci dəfə manatı devalvasiya (47,6%) edib. Sonrakı günlərdə manatın dollara nisbətdə məzənnəsi 1.55-dən 1,62 AZN/USD enib. Bir çox şirkətlər (Azersun Holding, Veysəloğlu və başqaları) bildiriblər ki, istehsal edilən və idxal olunan malların qiymətlərini 20-30% artırıblar. İdxal mənşəli qeyri-ərzaq malları 30-40% bahalaşıb.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda rəsmi statistika çox siyasiləşdirilib. Belə ki, inflyasiyanın səviyyəsi, işsizlik, yeni iş yerlərinin açılması və digər bu kimi informasiyalar hakimiyyətin istək və əhval-ruhiyyəsindən asılı olaraq tənzimlənir. 08B
-
- İqtisadiyyat
- 11 Fevral 2016 11:37
-
- İqtisadiyyat
- 11 Fevral 2016 12:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz