Kvota üzrə balıq ovu 35,8 faiz azalıb
2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazəsi olan şəxslər 677,9 ton balıq ovu kvotasının 565,6 tonundan istifadə ediblər. 2014-cü illə müqayisədə 35,8% kvota üzrə balıq ovu 35,8 faiz azalıb.
2015-ci ildə 156 hüquqi və fiziki şəxs balıq ovuna icazə alıb. Bu, 2014-cü illə müqayisədə 35% azdır.
Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.
Minimum istehlak səbətinə əsasən, (16 iyun 2014-cü ildə təsdiq edilib), ölkədə bir nəfərin balıq və balıq məhsulları istehlakı üzrə minimal tələbat norması ildə 7,7 kq-dır. Bu hesabla illik balıq tələbatı 74 min ton olmalıdır. 08B
-
- İqtisadiyyat
- 11 Fevral 2016 12:07
-
- Cəmiyyət
- 11 Fevral 2016 12:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz