Yaşayış minimumu yenə büdcəçiləri və pensiyaçıları təmin etmir
Gələn il üçün yaşayış minimumu (116 manat) yenə büdcəçiləri və pensiyaçıları təmin etmir.
" 2013-cü ildə yaşayış minimumu haqqında" qanunun müzakirəsi zamanı deputat Əli Məsimli yaşayış minimumunun orta səviyyəsi - 116 manat barədə danışıb. Onun fikrincə, ildə 8 manat artım gülməlidir. "Təsəvvür edin ki, bu vəsaiti alan şəxs səhər yeməyinə 1 manat, nahara 2 manat, şam yeməyinə 1 manat xərcləyir. Bu, ayda 120 manat edir. Axı pensiyaçı, uşaq və aztəminatlı büdcəçinin dərmana, qeyri-ərzaq mallarına ehtiyacı var. Biz hələ toylar və başqa mərasimləri demirik",
Xatırladaq ki, "2012-cu ildə AR-da yaşayış minimumu haqda" Qanuna əsasən, yaşayış minimumu 108 manat müəyyən edilib. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu ayda 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manatdır.
Amma deputat Hadı Rəcəbli gələn il üçün Milli Məclisin xərclərinin smetasının müzakirəsi zamanı bütün deputatların xaricə ezamiyyə ilə təmin edilmək arzusunu ifadə etdi. --17D-
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 14:48
-
- İqtisadiyyat
- 15 Noyabr 2012 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz