Yerli mal və xidmət tədarükçülərinə daha yüksək güzəştlər hazırlanıb
İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı normativ-hüquqi aktlar layihəsi dövlət satınalmaları zamanı yerli mal və xidmət tədarükçüləri üçün güzəştlərin iki dəfə artırılmasını nəzərdə tutur. Beləliklə, yerli şirkətlər tender satınalmaları zamanı xarici rəqiblərindən daha əlverşli imkana malik olacaqlar.
«Dövlət satınalmaları haqqında» AR Qanununa, eləcə də Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli "Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun tәsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında" qərarına dəyişikliklər nəzərdə tutulur. Parlament qanuna dəyişikliyi qəbul etsə, yerli şirkətlər istifadə edilən yerli xammal və işçi qüvvəsinin həcmindən asılı olaraq təklif edilən idxal mal və xidmətin qiymətində 10-25% güzəşt əldə edəcəklər.
Hökumət hesab edir ki, güzəştlərin iki dəfə artırılması yerli mal və xidmət istehsalının artmasına imkan yaradacaq. Qeyd edək ki, son 11 ildə yerli mal və xidmət tədarükçülərinə əvvəl qüvvədə olan güzəştlər barədə hesabatlar açıqlanmayıb. 08B
-
- İqtisadiyyat
- 6 Mart 2015 12:12
-
- İqtisadiyyat
- 6 Mart 2015 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz